20 milyon avro itirsə də, ruhu yüksəkdir
İdman
01.01.2026 13:26
“Barselona” klubunun yarımmüdafiəçisi Qavi sosial şəbəkədə yeni paylaşım edib.
TodayPress TV xəbər verir ki, o, 2025-ci ilin yekunlarını azarkeşlərlə bölüşərək yazıb:
“Bu möhtəşəm il oldu, bir çox məqsədlərə nail ola bildim. Hamıya sağlamlıq arzulayıram və ümid edirəm ki, dünyanın ən yaxşı klubunda həyatdan həzz almağa davam edə biləcəyəm!”
Qeyd edək ki, hazırki La Liqa mövsümündə Qavi yalnız 2 oyun keçirib, çünki çox hissəsini zədəsəbəbindən buraxıb. İspan futbolçunun əsas komandaya dönüşünün təxmini vaxtı fevral 2026 olaraq göstərilir.
Son Transfermarkt yeniləməsinə görə, Qavi La Liqanın ən çox dəyər itirən oyunçularından biri olub. Onun transfer qiyməti 20 milyon avro azalıb və indi 40 milyon avro olaraq qiymətləndirilir.
Namiq HUN
tag: Barselona,Qavi,Yarımmüdafiəçi,Transfermarkt,Todaypress.tv,
