2 qat dünya çempionundan sərt mesaj: ““F1” hələ də məni özünə cəlb edir!”

2 qat dünya çempionundan sərt mesaj: ““F1” hələ də məni özünə cəlb edir!”
30.09.2026 15:10 İdman

İkiqat dünya çempionu, “Aston Martin” komandasının 45 yaşlı ispaniyalı pilotu Fernando Alonso “Formula-1”də karyerasını davam etdirmək qərarının səbəbini açıqlayıb.

TodayPress TV xəbər verir ki, o bu barədə “Cadena Ser”ə müsahibəsində bildirib:

“Növbəti il üçün ən doğru addımın nə olacağını anlamaq mənə bir neçə ay vaxt apardı. Yarışmağa davam edəcəyim aydın idi, sadəcə hansı seriyada çıxış edəcəyimə dəqiqlik gətirməli idim.

“Formula-1” hələ də məni özünə cəlb edir və mənə eyni həyəcanı bəxş edir. Hələ vaxtın çatdığını hiss etmirəm. Əgər gələn il Qran-prini evdə izləsəydim, trekdə olmalı olduğumu və filan pilotdan fərqli hərəkət etməli olduğumu düşünərdim. Əgər sizdə bu hiss yaranırsa, ən təbii qərar yarışda qalmaqdır, çünki mən onları rahatlıqla izləyə bilməzdim”.  

Namiq HUN

XƏBƏR LENTİ
30 SENTYABR 2026
Bütün Xəbərlər