17 ilin nəticəsi: Qurban Qurbanov 800-cü matçını qələbə ilə qeyd etdi
Qurban Qurbanov “Qarabağ”ın baş məşqçisi kimi 800-cü oyununu keçirib.
TodayPress TV xəbər verir ki, bu barədə Peşəkar Futbol Liqasının rəsmi saytı məlumat yayıb.
Bildirilir ki, bu, Premyer Liqanın XIII turuna təsadüf edib. “Karvan-Yevlax”la qarşılaşma (2:0) Qurban Qurbanov üçün yubileylə əlamətdar olub.
2008-ci ildən “Qarabağ” klubunu çalışdıran mütəxəssis ötən müddət ərzində 467 qələbə qazanıb, 185 heç-heçə edib və 148 dəfə uduzub. Qurban Qurbanovun baş məşqçi olduğu 17 ildə komanda Premyer Liqada 538, Azərbaycan kubokunda 75, avrokuboklarda 187 matça çıxıb.
Namiq HUN