16 yaşlı türkiyəli futbolçu öldü

16 yaşlı türkiyəli futbolçu öldü
19.05.2026 21:00 İdman

Türkiyənin "Ankara Keçiörengücü" klubunun gənclərdən ibarət komandasının futbolçusu Abdullah Sultanoğlu 16 yaşında yol-nəqliyyat hadisəsi nəticəsində ölüb.

TodayPress TV bu barədə "Spor Arena" portalına istinadən xəbər verir.

Məlumata görə, şənbə günü motosiklet idarə edən oyunçu qəzaya düşüb. Ona ilkin tibbi yardım göstərildikdən sonra xəstəxanaya çatdırılsa da, həyatını xilas etmək mümkün olmayıb.

Qeyd edək ki, "Ankara Keçiörengücü" Türkiyənin gücünə görə ikinci divizionunda çıxış edir.

TodayPress TV

XƏBƏR LENTİ
15 IYUL 2026
Bütün Xəbərlər