150 min avro ilə böyük futbol? – Samuel Eto'O Avropaya meydan oxudu!

150 min avro ilə böyük futbol? – Samuel Eto'O Avropaya meydan oxudu!
04.09.2026 08:15 İdman

Kamerun Futbol Federasiyasının prezidenti Samuel Eto'O Avropa futbol assosiasiyalarının Afrika futbolunun qarşılaşdığı problemləri heç vaxt tam dərk edə bilməyəcəyini bildirib.

TodayPress TV xəbər verir ki, bu barədə “RMC Sport” məlumat yayıb.

Eto'O, Avropa və Afrika federasiyalarının imkanları arasında böyük maliyyə fərqi olduğuna diqqət çəkib: 

“Biz Avropalılarla məsələlərə heç vaxt eyni bucaqdan baxa bilmərik. Büdcəsi cəmi 150 min avro olan bəzi federasiyaların böyük futbol dövlətləri ilə necə rəqabət aparacağını düşünmək lazımdır. Heç kim Afrika federasiya rəhbərlərinin öz ölkələrində futbolu hansı çətinliklərlə idarə etdiyini soruşmur. İstedadlı futbolçuların ölkədən axını baş verəndə isə təqsirkar biz oluruq. Lakin Kamerunun illik 20 və ya 40 milyon dollar büdcəsi olsaydı, şübhəsiz ki, bizim də öz Mbappe və Tçuamenimiz olardı. Biz futbolumuzu daha yaxşı təşkil edə bilərdik”.

Xatırladaq ki, iyul ayının sonunda FIFA-nın Dünya Çempionatının hüquqlarını satmaq üçün “FIFA Forward Enterprise” (FFE) adlı yeni kommersiya qurumu yaratmaq planları məlum olmuşdu. Lakin futbol konfederasiyalarının kəskin tənqidləri və UEFA üzvü olan ölkələrin turniri boykot etmək hədələrindən sonra Canni İnfantino bu ideyadan imtina etmək məcburiyyətində qalıb. Bu addımdan sonra bəzi Avropa futbol federasiyaları 2027-ci ilin martında keçiriləcək FIFA prezidenti seçkilərində İnfantinoya olan dəstəklərini geri çəkiblər.

Namiq HUN

TodayPress TV

XƏBƏR LENTİ
05 SENTYABR 2026
Bütün Xəbərlər