14 cüdoçu, bir hədəf: Azərbaycan dünya çempionatına hazırdır!

14 cüdoçu, bir hədəf: Azərbaycan dünya çempionatına hazırdır!
12.08.2026 16:11 İdman

Yeniyetmələr arasında dünya çempionatında iştirak edəcək Azərbaycan milli komandasının üzvləri ilə görüş keçirilib.

TodayPress TV xəbər verir ki, görüş zamanı Azərbaycan Cüdo Federasiyasının rəhbərliyi idmançılara göstərilən etimadı ifadə edib və onların dünya çempionatında uğurlu çıxış edəcəklərinə inamını bildirib.

Cüdoçulara qarşıdakı yarışla bağlı tövsiyələr verilib, tatamidə əzmkarlıq və məsuliyyət nümayiş etdirmələrinin vacibliyi vurğulanıb.

Qeyd edək ki, yeniyetmələr arasında cüdo üzrə dünya çempionatı avqustun 20-dən 23-dək Ekvadorun Quayakil şəhərində keçiriləcək. Azərbaycan yarışda 9 çəki dərəcəsində 14 cüdoçu ilə təmsil olunacaq. Onlardan 10-u oğlan, 4-ü qız idmançı olacaq.

Namiq HUN

TodayPress TV

FOTOLAR

14 cüdoçu, bir hədəf: Azərbaycan dünya çempionatına hazırdır! — 1
14 cüdoçu, bir hədəf: Azərbaycan dünya çempionatına hazırdır! — 2
14 cüdoçu, bir hədəf: Azərbaycan dünya çempionatına hazırdır! — 3
14 cüdoçu, bir hədəf: Azərbaycan dünya çempionatına hazırdır! — 4
14 cüdoçu, bir hədəf: Azərbaycan dünya çempionatına hazırdır! — 5
XƏBƏR LENTİ
12 AVQUST 2026
Bütün Xəbərlər