13 yaşlı futbolçu faciəvi şəkildə həlak oldu
“Şamaxı” futbol klubunun U-13 komandasının üzvü Seyidəli Babazadə faciəvi şəkildə həyatını itirib.
TodayPress TV xəbər verir ki, o, Qax rayonunda baş vermiş yol qəzası zamanı vəfat edib.
Hadisə Qax-Qorağan avtomobil yolunun rayonun Əlibəyli kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.
Hərəkətdə olan “Mercedes” və “Niva” markalı minik avtomobillərinin toqquşması nəticəsində bir nəfər ölüb, 4 nəfər isə yaralanıb.