1 milyon izləyicinin sirri açıldı: Aleksandr Pluşenko kult ləqəbindən danışdı!

1 milyon izləyicinin sirri açıldı: Aleksandr Pluşenko kult ləqəbindən danışdı!
28.09.2026 15:51 İdman

Azərbaycanı təmsil edən fiqurlu konkisürən Aleksandr Pluşenko uşaqlıqdan ona verilən "Qnom Qnomıç" ləqəbinin onu narahat edib-etməməsi barədə sualı cavablandırıb.

TodayPress TV xəbər verir ki, bu barədə "Sport24" nəşri məlumat yayıb. 

"Düzünü desəm, artıq mənə fərq etmir. Əlbəttə, istəyərdim ki, məni Saşa Pluşenko kimi çağırsınlar, amma indi əsasən elə belə müraciət edirlər. Böyüdüyüm üçün "Qnom Qnomıç" ləqəbi daha az qarşıma çıxır. Səmimi olsaq, "Qnom Qnomıç" kult bir ləqəbdir. Anama çox minnətdaram ki, bu adı düşünüb tapıb, çünki bu təxəllüs çox böyük populyarlıq qazandı. Bu ləqəb olmasaydı, məncə, sosial şəbəkələrdə bir milyondan çox izləyicim olmazdı", - deyə Pluşenko bildirib.

Gənc idmançı ləqəbini dəyişib-dəyişməyəcəyi ilə bağlı suala isə "Baxarıq", - deyə cavab verib.

Namiq HUN

TodayPress TV

XƏBƏR LENTİ
28 SENTYABR 2026
Bütün Xəbərlər