Zuğulba şosesində maşın yandı
Xəzər rayonu, Zuğulba şosesində nəqliyyat vasitələrinin birində yanğın baş verib.
Bu barədə TodayPress TV-ə Daxili İşlər Nazirliyinin Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən məlumat verilib.
Hadisə səbəbindən Mərdəkan şosesi istiqamətində sıxlıq yaranıb.
Polis əməkdaşları tərəfindən nəqliyyatın sərbəst hərəkətini təmin etmək üçün tədbirlər görülür.