Zaqatalada dönərdən KÜTLƏVİ ZƏHƏRLƏNMƏ - YENİLƏNDİ

Zaqatalada dönərdən KÜTLƏVİ ZƏHƏRLƏNMƏ - YENİLƏNDİ
29.07.2026 15:21 Hadisə

İyulun 28-i saat 09:30-dan başlayaraq, 14 nəfər (9  kişi, 3 qadın cinsli, 2-si azyaşlı olmaqla) zəhərlənmə şübhəsi ilə Zaqatala Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub.

Bu barədə TodayPress TV-yə TƏBİB-dən məlumat verilib.

Bildirilib ki, onlara zəruri tibbi xidmətlər göstərilib. Vəziyyətləri qənaətbəxş qiymətləndirildilən şəxslərin hər biri ambulator müalicə üçün evə buraxılıblar.

TodayPress TV

***

13:45

Zaqatalada dönərdən kütləvi zəhərlənmə olub.

TodayPress TV xəbər verir ki, bu barədə Lent.az-ın əldə etdiyi xəbərə görə, hadisə şəhər ərazisində qeydə alınıb.

Rayon sakini olan 10-dan çox şəxs Zaqatala şəhəri ərazisində müxtəlif iaşə müəssisələrində yedikləri dönərdən zəhərlənərək, xəstəxanaya müraciət ediblər.

Hadisə ilə bağlı Zaqatala rayon prokurorluğunda araşdırmalara başlanılıb.

TodayPress TV

XƏBƏR LENTİ
29 IYUL 2026
Bütün Xəbərlər