Sumqayıtda dənizdə batan gənc tələbə imiş

Sumqayıtda dənizdə batan gənc tələbə imiş
18.11.2026 17:08 Hadisə

Bu gün Sumqayıt bulvarı ərazisində dənizdə batan 20 yaşlı Nəsrəddin Sədrəddin oğlu Şahəliyevin tələbə olması müəyyənləşib.

TodayPress TV “Qafqazinfo”ya istinadən məlumat verir ki, dənizdə itkin düşən gənc Milli Aviasiya Akademiyasının 4-cü kurs tələbəsi imiş.

Onun hansı şəraitdə dənizə düşməsi hələlik məlum deyil.

FHN-in Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-xilasediciləri axtarışlara cəlb olunub.

Əlavə məlumat veriləcək.

XƏBƏR LENTİ
19 NOYABR 2026
Bütün Xəbərlər