TƏCİLİ: Bakıda iki sərnişin avtobusu toqquşdu, xəsarət alanlar var - VİDEO
Bu gün Bakının Xəzər rayonu, Binə qəsəbəsində yol-nəqliyyat hadisəsi baş verib.
TodayPress TV Oxu.Az-a istinadən xəbər verir ki, qəza saat 07:40-da qeydə alınıb.
Məlumata görə, Fariz Namiq oğlu Şahbazovun idarə etdiyi "Hyundai" markalı, 88-BS-435 dövlət qeydiyyat nişanlı avtobus Binə qəsəbəsi ərazisində 160 nömrəli marşrut xətti üzrə hərəkət edən "ISUZU" markalı, 77-JD-305 dövlət qeydiyyat nişanlı sərnişin avtobusu ilə toqquşub.
Hadisə nəticəsində dörd nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Qəza zamanı hər iki nəqliyyat vasitəsinə ciddi maddi ziyan dəyib.
Faktla bağlı araşdırma aparılır.