Şahin Quliyev barəsində məhkəmə prosesi davam etdirilir

Şahin Quliyev barəsində məhkəmə prosesi davam etdirilir
18.07.2025 17:07 Hadisə

Azərbaycan Ordusunun Təlim və Tədris Mərkəzinin (TTM) Tibb Xidmətinin sabiq rəisi Şahin Quliyev barəsində Dövlət Təhlükəsizliyi Xidmətində (DTX) başlanılmış cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.

TodayPress TV xəbər verir ki, Bakı Hərbi Məhkəməsində hakim Bilal Məmmədovun sədrliyi ilə keçirilən prosesdə məhkəmə istintaqı açıq elan edilib.

Sonra ittiham aktının nəticəvi hissəsi elan edilib.

İttihama görə, Ş.Quliyev orduya müddətdən artıq hərbi qulluqçuların qəbulu ilə bağlı həkim komissiyasının sədri vəzifəsində olarkən bu xidmətə qəbul olmaq üçün müraciət edən şəxslərdən rüşvət istəyib. O, digər zabitlərlə əlbir olaraq həmin şəxslərdən müxtəlif məbləğlərdə rüşvət alıb.

İttiham aktına əsasən, ümumilikdə MAXE kimi orduya qəbul olmaq istəyən 14 nəfər digər şəxslər vasitəsilə xidmət rəisinə rüşvət verib.

İttihama münasibət bildirən Ş.Quliyev özünü qismən təqsirli bilib. Məhkəmə sərbəst ifadə vermək üçün Ş.Quliyevə söz verib. Təqsirləndirilən şəxs qeyd edib ki, MAXE kimi orduya yazılan şəxslərə qarşı dələduzluq edib:

"Onlar sağlam və orduya yararlı olduqları halda həkim müayinəsindən keçmələri üçün vəsait istəmişəm. Buna görə də bir səhv etmişəm, peşmanam. Onlar məndən komissiyadan keçmələri üçün xahiş ediblər. Mən də onların xahişi ilə bu işləri görmüşəm. Hər ay 520 nəfər MAXE olmaq üçün həkim müayinəsindən keçir. Heç kim deyə bilməz ki, kimdənsə pul istəmişəm və ya tələb etmişəm".

Ş.Quliyev deyib ki, cinayət işində adı keçən 14 nəfərin heç birini tanımayıb, onlarla əlaqəsi olmayıb:

"Həkim komissiyasının sədri idim. Həmin komissiya da həkimlərdən ibarət olub. Onlar da mənə tabe olublar. Bəzi şəxslərlə bağlı zabit yoldaşlarım xahiş edib. Mən də onlara ərk etmişəm, pul istəmişəm. Mənim heç bir kursantla birbaşa əlaqəm olmayıb. Aldığım pullardan da heç kimə vəsait verməmişəm".

İş üzrə bir neçə nəfər şahid qismində ifadə verib. Onlar ifadəsində Şahin Quliyevə müxtəlif məbləğlərdə pul verdiklərini bildiriblər.

Məhkəmə prosesi iyulun 24-də davam edəcək.

Qeyd edək ki, Azərbaycan Ordusunun Təlim və Tədris Mərkəzinin Tibb Xidmətinin sabiq rəisi Quliyev Şahin Varis oğlu DTX tərəfindən həbs edilib. Maliyyə yoxlamaları zamanı məlum olub ki, Naxçıvan sakini, 1984-cü il təvəllüdlü Şahin Quliyev bir qrup şəxslə əlbir olmaqla külli miqdarda rüşvət alıb. DTX-nin İstintaq baş idarəsində başlanmış cinayət işi üzrə Şahin Quliyevə AR Cinayət Məcəlləsinin 311.3.1 (rüşvət alma, qabaqcadan əlbir olan bir qrup şəxs və ya mütəşəkkil dəstə tərəfindən törədildikdə) və 311.3.2-ci (rüşvət alma, təkrar törədildikdə) maddələri ilə ittiham irəli sürülüb.

XƏBƏR LENTİ
31 MAY 2026
AZAL heyəti Milli Qəhrəman Hökumə Əliyevanın məzarını ziyarət etdi 15:18 Müdafiə Nazirliyinin həftəlik icmalı yayımlandı 15:04 SANA: İsrailin hərbi maşınları Suriyaya daxil olub 16:24 Bu istiqamətdə hərəkət edən marşrutun avtobusları dəyişdirilir 14:06 Fransada iğtişaşlar zamanı saxlanılanların sayı 780 nəfərə çatdı - YENİLƏNİB 09:46 Sutka ərzində Hörmüz boğazından 28 gəmi keçib - SEPAH 14:54 Bakıda ilk dəfə ABŞ–Azərbaycan İqtisadi Dialoqu keçiriləcək - YENİLNİB 14:23 Xameneinin iqamətgahı belə vurulub - Müharibənin GİZLİ GÖRÜNTÜLƏRİ 15:46 Leyla Əliyevadan fermer qadına incə davranış - VİDEO 14:19 "Makedon" vəfat etdi 15:00 Tramp Omanı hədələdi 13:40 Azərbaycanlı fotoqraf beynəlxalq sərgi ilə Romada çıxış edir 14:29 Azərbaycan millisi Qazaxıstanla qarşılaşacaq 12:43 Bərədə AĞIR QƏZA: 10 nəfər yaralandı 13:28 Türkiyədə zəncirvari qəzada dörd nəfər öldü 12:13 Sürücülərə XƏBƏRDARLIQ 13:19 Paşinyan "Tramp marşrutu" və yeni dəmir yolu planlarını açıqladı 12:30 Azərbaycanın bəzi rayonlarında şimşək çaxacaq, dolu düşəcək - PROQNOZ 12:45 İran bir "Yasin"ə Azərbaycanı Ermənistana satdı 12:26 İsraildən Livan açıqlaması: Bofort qalası ələ keçirildi 12:07 Xameneinin dəfn mərasiminə hazırlıq başladı 12:20 Azərbaycan millisi Avropa Kubokuna qızıl medalla başladı 12:01 ABŞ-dən narkotacirlərin gəmisinə zərbə: Ölənlər var - VİDEO 11:46 Tramp şərtləri sərtləşdirir: ABŞ-İran müqaviləsi sual altındadır 11:39 FAKTİKİ HAVA: Şahdağda qar yağıb, Kəlbəcərə dolu düşüb 11:42 Bütün Xəbərlər