Qaradağda narkotik vasitələr satan şəxs saxlanıldı
Polis əməkdaşları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə davam etdirilir.
TodayPress TV xəbər verir ki, DİN-in Mətbuat Xidmətindən verilən məlumata görə, Qaradağ rayonu ərazisində həyata keçirilən növbəti əməliyyat nəticəsində 24 yaşlı Fuad Əhmədzadə saxlanılıb.
Ondan satış məqsədi ilə əldə etdiyi 1 kiloqram marixuana, 94 qram psixotrop maddə metamfetamin və kultivasiya edərək yetişdirdiyi çətənə kolları aşkarlanıb.
Faktla bağlı araşdırma aparılır.