Qadın həbsdəki ərinə narkotik keçirmək istədi

Qadın həbsdəki ərinə narkotik keçirmək istədi
14.08.2025 22:40 Hadisə

Ədliyyə Nazirliyinin Penitensiar xidmətinin əməliyyat aparatının əməliyyat-axtarış tədbirləri nəticəsində Penitensiar xidmətin Müalicə müəssisəsinə narkotik maddə keçirilməsinin qarşısı alınıb.

TodayPress TV xəbər verir ki, bu barədə Penitensiar Xidmətdən bildirilib.

Belə ki, məhkumun həyat yoldaşı tərəfindən gətirilmiş sovqata baxış keçirilən zaman 2 ədəd siqaretin içərisində xüsusi üsulla gizlədilmiş həşiş qətranı aşkar olunub.

Faktla bağlı araşdırma aparılır.

“Cəzaçəkmə müəssisələrində və ya istintaq təcridxanalarında saxlanılan şəxslərə qadağan olunmuş əşyaların verilməsi və ya ötürülməsinin cinayət məsuliyyətinə səbəb olduğu bir daha vətəndaşların diqqətinə çatdırılır”, - məlumatda qeyd olunub.

XƏBƏR LENTİ
15 IYUL 2026
Bütün Xəbərlər