Külli miqdarda dərman preparatları aşkar edildi

Külli miqdarda dərman preparatları aşkar edildi
29.08.2026 12:49 Hadisə

Tovuz Gömrük İdarəsi əməkdaşlarının həyata keçirdiyi tədbirlər nəticəsində bəyan olunmadan gömrük sərhədindən keçirilməyə cəhd göstərilən dərman vasitələri aşkar edilib.

TodayPress TV xəbər verir ki, İdarənin "Qırmızı Körpü" gömrük postundan keçməklə ölkəmizə gələn yük nəqliyyat vasitəsinə gömrük baxışı keçirilib.

Baxış zamanı nəqliyyat vasitəsinin qoşqu hissəsində kustar üsulla düzəldilmiş gizli saxlanc yerindən gömrük orqanına bəyan edilməyən 11 adda 43 836 ədəd dərman vasitəsi aşkar olunub.

Faktla bağlı araşdırma aparılır.

TodayPress TV

FOTOLAR

Külli miqdarda dərman preparatları aşkar edildi — 1
Külli miqdarda dərman preparatları aşkar edildi — 2
XƏBƏR LENTİ
29 AVQUST 2026
Bütün Xəbərlər