İstirahət mərkəzində zəhərlənənlərin sayı 24-ə çatdı - YENİLƏNDİ

İstirahət mərkəzində zəhərlənənlərin sayı 24-ə çatdı - YENİLƏNDİ
20.07.2025 12:05 Hadisə

Kürdəmir rayonunda kütləvi zəhərlənən şəxslərin sayı 24 çatıb.

TodayPress TV xəbər verir ki, bu barədə TƏBİB-dən məlumat verilib.

Bildirilib ki, zəhərlənən şəxslərdən 6 uşaq olmaqla, 14-ü qadın, 10 nəfəri isə kişilərdir.

Hazırda bütün xəstələr ambulator müalicə üçün evə buraxılıb.

***

09:50

Kürdəmirdə istirahət mərkəzində kütləvi zəhərlənmə faktı qeydə alınıb.

TodayPress TV xəbər verir ki, sözügedən mərkəzdə qida qəbul edən 17 nəfər zəhərlənmə diaqnozu ilə xəstəxanaya yerləşdirilib.

Onların vəziyyətləri orta ağır qiymətləndirilir. Hadisə yerinə aidiyyəti orqanların əməkdaşları cəlb olunub, araşdırma aparılır.

XƏBƏR LENTİ
15 IYUL 2026
Bütün Xəbərlər