Hökməli zibilə batıb - Qoxudan qəsəbəyə girmək olmur
Abşeron rayonunun Hökməli qəsəbəsininin sakinləri zibil və üfunət qoxusundan dayanmağın mümkün olmadığını qeyd edirlər.
Bu barədə TodayPress TV-nin “qaynar xətti”nə məlumat daxil olub.
Qeyd edilib ki, qəsəbənin beton yola çıxan hissəsində böyük marketin yaxınlığı zibilliyə çevrilib.
Yığılan tullantılar ərazidən vaxtında götürülmədiyindən konteynerlər aşıb-daşır.
Şikayətçilərin sözlərinə görə, xeyli müddətdir əraziyə yaxınlaşmaq mümkün deyil.