Həyat yoldaşını öldürdü, sonra polisə gedib etiraf etdi - TƏFƏRRÜATLAR

Həyat yoldaşını öldürdü, sonra polisə gedib etiraf etdi - TƏFƏRRÜATLAR
01.08.2026 02:46 Hadisə

Şərurda həyat yoldaşını öldürməkdə şübhəli bilinən şəxs saxlanılıb.

TodayPress TV Report-a istinadən xəbər verir ki, iyulun 31-də Şərur rayon Qarxun kənd sakini Məmiyeva Sunay Siyafər qızının öldürülməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

Araşdırma zamanı həmin kəndin sakini Məmiyev Nadir Yunis oğlunun həyat yoldaşı Məmiyeva Sunayı öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

Nadir Məmiyev barəsində Şərur Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb. Şübhəli özü Polis İdarəsinə gələrək əməlini etiraf edib.

İbtidai istintaq davam edir.

XƏBƏR LENTİ
01 AVQUST 2026
Bütün Xəbərlər