Güclü külək Bakıda ağacı kökündən qopardı – FOTO
Bakının Nizami rayonu ərazisində, "Nizami" metrostansiyasının yaxınlığında güclü külək fəsadlara yol açıb.
TodayPress TV xəbər verir ki, əlverişsiz hava şəraiti nəticəsində yol kənarındakı irigövdəli ağaclardan biri aşaraq səki və velosiped zolağının üzərinə düşüb.
Hadisə yerinə dərhal müvafiq kommunal xidmət əməkdaşları və texnika cəlb olunub. Hazırda aşmış ağacın budanması və ərazinin təmizlənməsi işləri həyata keçirilir.
Xəsarət alanların olmadığı bildirilir.