Gədəbəydə qadın yaşadığı evdə ölü tapıldı
Gədəbəydə evdən meyit tapılıb.
TodayPress TV-nin məlumatına görə, hadisə Düzyurd kəndində qeydə alınıb.
Kənd sakini 58 yaşlı Həsənova Mehriban Tapdıq qızının meyitini yaxınları yaşadığı evdə aşkar ediblər. Mərhumun psixoloji problemləri olduğu bildirilir.
Faktla bağlı araşdırma aparılır.