“Əhmədli”də DƏHŞƏTLİ HADİSƏ: Sərnişin qatar yoluna düşdü

“Əhmədli”də DƏHŞƏTLİ HADİSƏ: Sərnişin qatar yoluna düşdü
28.08.2026 19:30 Hadisə

Bu gün saat 18:40 radələrində "Əhmədli" stansiyasında sərnişin (qadın) qatar yoluna düşüb.

TodayPress TV xəbər verir ki, bu barədə "Bakı Metropoliteni" QSC-dən məlumat verilib.

Bildirilib ki, dərhal təmas relsindən yüksək gərginlik çıxarılıb, təcili tibbi yardım çağırılıb.

Sərnişinin stansiya yolundan çıxarılması üçün müvafiq tədbirlər görülüb, qatar yolundan çıxarılmış sərnişin polisə təhvil verilib.

Hadisə ilə bağlı hüquq-mühafizə orqanları araşdırma aparır.

Yüksək gərginlik bərpa edildikdən sonra qatar yola salınıb. Hadisə ilə bağlı intervalda 9 dəqiqəlik yubanma yaranıb.

XƏBƏR LENTİ
28 AVQUST 2026
Bütün Xəbərlər