Bakıda və Abşeronda tozun miqdarı normadan artıqdır
"Avtomatik stansiyalardan əldə edilən məlumata əsasən Bakıda və Abşeron yarımadasında tozlu hava şəraiti müşahidə olunur".
TodayPress TV xəbər verir ki, bunu Milli Hidrometeorologiya Xidmətinin rəsmisi Gülnarə Abbasova bildirib.
O qeyd edib ki, hazırda havada tozun miqdarı normadan 1.4-1.7 dəfə artıqdır: "Havada müşahidə olunan toz meteoroloji şəraitlə əlaqədar lokal xarakterlidir. Belə hava şəraitinə səbəb bu gün səhər saatlarından başlayan güclü şimal-qərb küləyinin yerin üst quru səthində formalaşan toz kütlələrini ətraf ərazilərə yaymasıdır. Tozlu hava şəraitinin sinoptik şəraitlə əlaqədar sabah günorta saatlarına qədər davam edəcəyi gözlənilir”.
Gülnarə Abbasova
Milli Hidrometeorologiya Xidməti
Abşeron yarımadası
tozlu hava şəraiti
Bakı
Todaypress.tv