Bakıda maşından pul və sənədlər oğurlandı
Paytaxtın Nizami rayonunda oğurluq olub.
TodayPress TV xəbər verir ki, zərərçəkənə məxsus avtomobildən 700 manat nağd pul və şəxsi sənədlər talanıb.
Nizami rayon Polis İdarəsinin 24-cü Polis Şöbəsi əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbiri ilə qeyd edilən əməli törətməkdə şübhəli bilinən, əvvəllər məhkum olunmuş 39 yaşlı R.Məmmədov saxlanılıb.