Türkiyədə İLK DƏFƏ: "Akkuyu" AES işə düşür?

Türkiyədə İLK DƏFƏ: "Akkuyu" AES işə düşür?
18.10.2026 22:15 Dünya

Türkiyə 2026-cı ilin sonuna qədər reaktora nüvə yanacağı yükləyərək "Akkuyu" AES-in birinci enerji blokunun fiziki buraxılışını həyata keçirməyi planlaşdırır.

TodayPress TV xəbər verir ki, bu barədə Türkiyənin energetika naziri Alparslan Bayraktar "Kanal 7" telekanalının efirində bildirib.

"Bu il hər hansı gecikmə olmadan reaktorun fiziki buraxılışını həyata keçirmək və yanacağı yükləmək məqsədimiz var. Bu, Türkiyədə ilk dəfə olacaq. Yanacağın yüklənməsi "Akkuyu" atom elektrik stansiyasına fəaliyyətə başlamağa imkan verəcək", - deyə o vurğulayıb.

Nazirin sözlərinə görə, birinci enerji blokunun tikintisi kifayət qədər irəliləmiş mərhələdədir, hazırda stansiyada miqyaslı sınaq proqramı həyata keçirilir:

"Hazırda yüzlərlə intensiv test aparılır. Biz ümumilikdə 1,9 minə yaxın ayrı-ayrı testin keçirildiyi bir prosesdəyik. Mərhələli şəkildə onların hamısı icra olunur. Lakin testlərin mürəkkəbliyinə görə hazırda dəqiq buraxılış tarixi yoxdur. Noyabr ayı ərzində buraxılış müddətləri daha aydın olacaq".

Aysel Mətləb

XƏBƏR LENTİ
18 OKTYABR 2026
Bütün Xəbərlər