Tramp Netanyahunu belə dəstəklədi: "Böyük döyüşçü!"

Tramp Netanyahunu belə dəstəklədi: "Böyük döyüşçü!"
18.10.2026 21:19 Dünya

ABŞ Prezidenti Donald Tramp yenidən seçilmək istəyən İsrailin Baş naziri Benyamin Netanyahunu dəstəkləyib.

TodayPress TV xəbər verir ki, bu barədə Tramp sosial şəbəkə hesabında paylaşım edib.

O, Netanyahunun “İran İslam Respublikası ilə mübarizədə böyük döyüşçü baş nazir və sülh üçün daha da böyük tərəfdaş olduğunu” bildirib.

Qeyd edək ki, İsraildə seçkilər oktyabrın 27-də baş tutacaq.

Aysel Mətləb

XƏBƏR LENTİ
18 OKTYABR 2026
Bütün Xəbərlər