Abşeronda sürücü piyadanı vurub QAÇDI - VİDEO
Bu gün səhər saatlarında Abşeron rayonu ərazisində piyadanın vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
TodayPress TV xəbər verir ki, qəza zamanı “Chevrolet” markalı avtomobilin sürücüsü 35 yaşlı piyadanı vurub.
Piyada aldığı xəsarətlərdən ölüb. Sürücü isə hadisə yerindən yayınıb.
Polis əməkdaşları tərəfindən keçirilən tədbirlə yol nəqliyyat hadisəsini törətməkdə şübhəli bilinən sürücü müəyyən edilərək saxlanılıb. Araşdırma zamanı sürücünün yetkinlik yaşına çatmayan şəxs olduğu müəyyən edilib.
Faktla bağlı istintaq araşdırmaları aparılır.