Abşeronda ağır qəza - İki futbolçu öldü

Abşeronda ağır qəza - İki futbolçu öldü
30.07.2026 11:17 Hadisə

Ötən gün Abşeron rayonunda ağır yol qəzası baş verib.

TodayPress TV xəbər verir ki, Lökbatan-Qobu yolunda Hüseynov Rauf Ədalət oğlunun idarə etdiyi “Toyota” markalı minik avtomobili ilə Ağaverdiyev Mais Ağahüseyn oğlunun idarə etdiyi “Qazel” markalı yük avtomobili toqquşub. Nəticədə R.Hüseynov və onun avtomobilində olmuş sərnişin Sultanov Bəhruz İlham oğlu aldıqları xəsarətlərdən həlak olublar. Yük avtomobilin sürücüsü M.Ağaverdiyevin isə xəsarət alıb.

Fakta görə, Abşeron RPİ-də Cinayət Məcəlləsinin 263.3-cü maddəsi ilə cinayət işi başlanaraq ibtidai istintaq aparılır.

Unikal.az-ın məlumatına görə, qəzada ölən B. Sultanov və R.Hüseynov “Qobu” Peşəkar Futbol Klubunun oyunçuları olub.

TodayPress TV

FOTOLAR

Abşeronda ağır qəza - İki futbolçu öldü — 1
XƏBƏR LENTİ
30 IYUL 2026
Bütün Xəbərlər