Ramiz Mehdiyevin oğlu Təhsil Nazirliyini niyə soyur ? - ORTADA MİLYONLAR VAR
Prezident Administrasiyasının sabiq rəhbəri Ramiz Mehdiyevin bir sıra ağır cinayətlərdə ittiham olunduğu cinayət işi üzrə istintaq başa çataraq baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib. Məlumata görə, Mehdiyevin oğlu Timur Mehdiyev və kürəkəni İlham Əliyev işdə şahid qismində yer alıblar.
TodayPress TV xəbər verir ki, baş verənlər fonunda keçmiş deputat, fəlsəfə doktoru Etibar Əliyev 2022-ci ildə etdiyi qalmaqallı paylaşımı xatırladaraq diqqətçəkən məqamlara toxunub.

E.Əliyev bildirib ki, Teymur Mehdiyevin rəhbərlik etdiyi "Şərq-Qərb" ASC tenderlərdə monopolist mövqeyə malik olub:
"Timur Mehdiyevin nəşriyyatı tenderdə göründüyü an digər iddiaçılar dərhal geri çəkilirdilər. Çünki qalibin əvvəlcədən bəlli olduğunu bilirdilər. Məsələn, Elm və Təhsil Nazirliyinin 2022-2023-cü tədris ili üzrə kargüzarlıq və məktəb sənəd blanklarının çapı ilə bağlı elan etdiyi poliqrafiya tenderinin qalibi Məhz "Şərq-Qərb" ASC seçilmişdi. Nazirlik bu müqavilə çərçivəsində sözügedən şirkətə 36 milyon 108 min manatdan çox vəsait ayırmışdı."
Sabiq deputat həmçinin Hesablama Palatasının 2020-ci il hesabatına istinad edərək, bu şirkətin illərlə yığılıb qalan debitor borclarına da diqqət çəkib:
"Hesabatda qeyd olunurdu ki, "Şərq-Qərb" ASC-nin 10,4 milyon manatlıq debitor borcunun bağlanmaması və öhdəliklərin icra edilməməsində cinayət tərkibi əlamətləri ehtimal olunduğundan materiallar Baş Prokurorluğa göndərilmişdi. Mətbuatda bu barədə dəfələrlə yazılsa da, nəticə dəyişmədi — əksinə, Teymur Mehdiyevin şirkəti daha böyük məbləğli tenderlərin qalibi elan olunmağa davam etdi."

O əlavə edib ki, nazirliyin həmin dövrdə kargüzarlıq blanklarının istehsalı üzrə növbəti 361 min manatlıq tenderi də yenə eyni şirkətə nəsib olub.
Jalə Rövşən