Ərdoğan: "Qarabağ Azərbaycan torpağıdır, sonsuza qədər də belə qalacaq"
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan 27 Sentyabr – Anım Günü ilə bağlı paylaşım edib.
TodayPress TV xəbər verir ki, bu barədə paylaşım prezidentin "X" sosial şəbəkə hesabında edilib.
"Dost və qardaş Azərbaycanın Anım Günü ilə əlaqədar Qarabağı işğaldan azad etmək, azadlığına qovuşdurmaq üçün mübarizə aparan qəhrəman şəhidlərimizi rəhmətlə, qazilərimizi hörmətlə yad edirəm.
Qarabağ Azərbaycan torpağıdır, sonsuza qədər də belə qalacaq", - deyə lider bildirib.
Aysel Mətləb