Vanq Yi: "Çin, Rusiya və ABŞ liderlərinin üçtərəfli görüşü tarixə düşəcək"
Şençjendə keçirilən Asiya-Sakit Okean İqtisadi Əməkdaşlıq sammiti çərçivəsində Çin, Rusiya və ABŞ liderlərinin baş tutan üçtərəfli görüşü tarixə düşəcək.
TodayPress TV xəbər verir ki, bunu Çinin xarici işlər naziri Van İ bildirib.
"Sədr Si Cinpin, Rusiya Prezidenti Vladimir Putin və ABŞ Prezidenti Donald Tramp görüş keçirərək qlobal sülh, təhlükəsizlik və sabitliyə dair mühüm məsələlər ətrafında fikir mübadiləsi apardılar. Tarixdə ilk dəfə baş tutan üç dövlət başçısının bu görüşü böyük əhəmiyyətə malikdir və genişmiqyaslı nəticələri olacaq. Bu, tarixə düşəcək əlamətdar bir hadisəyə çevriləcək", - deyə o, sammitin yekunlarına dair mətbuat konfransında qeyd edib.
Aysel Mətləb