Xankəndi şəhər stadionunda yenidənqurmadan sonra ilk rəsmi oyun - VİDEO
Xankəndi şəhər stadionunda yenidənqurmadan sonra ilk rəsmi oyun keçirilib.
TodayPress TV xəbər verir ki, sözügedən arenada I Liqanın "Xankəndi" - "Karvan-Yevlax" oyunu baş tutub.
VIII turun qarşılaşmasında Yevlax təmsilçisi 2:0 hesablı qələbə qazanıb.
3000-ə yaxın azarkeşin arenadan izlədiyi qarşılaşmada qolları 67-ci dəqiqədə İbrahim Əliyev və 77-ci dəqiqədə Obicon Onyeka vurublar.
Bu nəticədən sonra "Karvan-Yevlax" 16 xalla üçüncü pillədə qərarlaşıb. Meydan sahibləri 6 xalla səkkizincidir.
Xatırladaq ki, Xankəndi Stadionunun əsaslı yenidənqurmadan sonra açılışı noyabrın 7-də baş tutub. Açılış mərasimində Azərbaycan Prezidenti İlham Əliyev iştirak edib.