Ramiz Məmmədov: Xankəndi stadionunda əsl bayram ab-havası var idi
Xankəndi şəhər stadionunda yenidənqurmadan sonra keçirilən ilk oyunda bayram əhval-ruhiyyəsi hökm sürüb.
TodayPress TV xəbər verir ki, bunu “Karvan-Yevlax” klubunun baş məşqçisi Ramiz Məmmədov “Xankəndi” ilə qarşılaşmadan sonra keçirilən mətbuat konfransında deyib.
Mütəxəssis səfərdə qazandıqları qələbəni və stadiondakı atmosferi dəyərləndirib:
“Xankəndinin yenilənmiş stadionunda ilk oyun keçirildi. Qələbə qazanan tərəf olsaq da, sevinən təkcə biz deyildik. Bu gün Xankəndi stadionunda əsl bayram ab-havası var idi. Futbolçular verilən tapşırıqların öhdəsindən layiqincə gəldilər”.
Qeyd edək ki, Azərbaycan I Liqasının VIII turu çərçivəsində keçirilən “Xankəndi” – “Karvan-Yevlax” oyunu qonaq komandanın 2:0 hesablı qələbəsi ilə başa çatıb.
Jalə Rövşən