Londondan Myanmaya sərt zərbə: Hərbi attaşe ölkədən qovulur
Böyük Britaniya Myanmanın hərbi attaşesini ölkədən çıxarır.
TodayPress TV xəbər verir ki, bu barədə Böyük Britaniyanın xarici işlər naziri Ed Milibend məlumat verib.
O bildirib ki, BMT-nin Beynəlxalq Məhkəməsi Myanmanın rohinca müsəlman azlığına qarşı soyqırım törətdiyinə görə məsuliyyət daşıdığını bəyan etdikdən sonra hərbi attaşenin ölkədən çıxarılması barədə qərar qəbul edilib.
Nazirin sözlərinə görə, London bu qərarın müzakirəsi üçün BMT Təhlükəsizlik Şurasının təcili iclasının keçirilməsini də tələb edir.
Milibend əlavə edib ki, Myanmanın Böyük Britaniyadakı müvəqqəti işlər vəkili Xarici İşlər Nazirliyinə çağırılıb. O, rohincalara qarşı soyqırımda iştirak edən şəxslərin məsuliyyətə cəlb olunması istiqamətində növbəti addımların yaxın günlərdə açıqlanacağını bildirib.
Qeyd edək ki, BMT-nin Beynəlxalq Məhkəməsi 9 lehinə, 6 əleyhinə səslə Myanmanın soyqırım törətdiyi barədə qərar qəbul edib. Məhkəmə müəyyən edib ki, 2017-ci ildə keçirilən əməliyyat zamanı Myanma təhlükəsizlik qüvvələri rohinca icmasının minlərlə dinc sakinini öldürüb, həmçinin Banqladeşə qaçmağa çalışan insanlara hücum edib.
Aysel Mətləb