İran Avropaya da hücum edə bilər - "Əmr verilərsə..."

İran Avropaya da hücum edə bilər - "Əmr verilərsə..."
19.11.2026 19:30 Dünya

İran ABŞ-Britaniya hərbi bazasının yerləşdiyi Dieqo-Qarsiya adası yaxınlığında 4 500 kilometrədək mənzili olan raketlərinin imkanlarını nümayiş etdirib.

TodayPress TV xəbər verir ki, bu barədə İran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) rəsmi nümayəndəsi Hüseyn Möhebi bildirib.

“Biz əvvəllər Dieqo-Qarsiya adası yaxınlığında 4 500 kilometrədək mənzili olan raket potensialımızı nümayiş etdirmişik”, – deyə o vurğulayıb.

Möhebinin sözlərinə görə, raketlərin mənzilinin 2 min kilometr ilə məhdudlaşdırılması barədə qərar daha əvvəl vəfat etmiş ali liderin göstərişi ilə qəbul edilib. Lakin hazırkı ali lider əmr verərsə, İran Avropadakı ABŞ hərbi bazalarını da hədəfə almaq iqtidarındadır.

SEPAH nümayəndəsinin qeyd etdiyi kimi, ölkənin raket potensialı coğrafi məhdudiyyətlər olmadan əməliyyatlar keçirməyə imkan verir.

Qərb KİV-lərinin məlumatına görə, mart ayında Dieqo-Qarsiya adasındakı bazaya iki ballistik raket atılıb. Məlumatlara əsasən, raketlərdən biri uçuş zamanı sıradan çıxıb, digəri isə ABŞ gəmisi tərəfindən ələ keçirilib. İran həmin vaxt bu hücumda iştirakını təkzib edib.

Aysel Mətləb

XƏBƏR LENTİ
19 NOYABR 2026
Bütün Xəbərlər