İkinci kurs tələbəsi vəfat etdi
Lənkəran Dövlət Universitetinin tələbəsi dünyasını dəyişib.
TodayPress TV xəbər verir ki, universitetin Tarix-coğrafiya və incəsənət fakültəsinin Sosial iş ixtisasının II tədris ili tələbəsi Musazadə Sinan Yalçın oğlu vəfat edib.
Tələbənin uzun sürən ağır xəstəlik səbəbindən vəfat etdiyi bildirilib.