Zurabişvilidən Paşinyana erkən təbrik
Zurabişvili Paşinyanı rəsmi nəticələrdən əvvəl təbrik etdi
TodayPress TV xəbər verir ki, Gürcüstanın keçmiş prezidenti Salome Zurabişvili Ermənistanın Baş naziri Nikol Paşinyanı parlament seçkiləri münasibətilə təbrik edib.
Diqqət çəkən məqam odur ki, təbrik mesajı Ermənistandakı seçkilərin rəsmi nəticələri açıqlanmadan əvvəl paylaşılıb.
Zurabişvili açıqlamasında bildirib:
"Bu gün Ermənistan qətiyyətlə azad, müstəqil və Avropa gələcəyini seçib".