Zelenski Vaşinqton və Maskdan nə tələb etdi? - Təcili çağırış
Ukrayna Prezidenti Volodimir Zelenski ölkə ərazisində "Starlink"in hərbi versiyası olan "Starshield" peyk rabitə sisteminin fəaliyyəti ilə bağlı açıqlama verib.
TodayPress TV xəbər verir ki, Zelenski bu barədə “Telegram” kanalında paylaşım edib.
O, Rusiya tərəfinin zərbələrindən sonra Ukraynanın infrastrukturunda yaranmış kritik vəziyyətlə əlaqədar Vaşinqtondan və İlon Maska məxsus “SpaceX” şirkətindən sistemə qoyulan məhdudiyyətlərin aradan qaldırılmasını tələb edib.
Zelenski əlavə edib ki, bu məsələ ilə bağlı Vaşinqton və “SpaceX” ilə sıx əməkdaşlıq etmək üçün Xarici İşlər Nazirliyinə, Müdafiə Nazirliyinə və Prezident Administrasiyasına tapşırıq verib.
Aysel Mətləb