Böyük üçlüyün gündəliyi daralır: Çin Ukrayna məsələsini Rusiya və ABŞ-nin öhdəsinə buraxır
Pekin Rusiya, ABŞ və Çin prezidentlərinin qarşıdakı üçtərəfli görüşünün gündəliyinə Ukrayna münaqişəsinin daxil edilməsinin əleyhinə çıxış edib.
TodayPress TV xəbər verir ki, bu barədə "Reuters" məlumat yayıb.
Pekin hesab edir ki, bu məsələ birbaşa Moskva və Vaşinqton arasında həll edilməlidir. ABŞ Prezidenti Donald Trampın administrasiyası da oxşar mövqedədir.
Görüşün Çinin Şençjen şəhərində keçiriləcək Asiya-Sakit Okean İqtisadi Əməkdaşlıq Təşkilatının (APEC) sammiti çərçivəsində baş tutması nəzərdə tutulur. Görüşdə əsas diqqətin nüvə silahlarına nəzarət məsələsinə yönəldilməsi planlaşdırılır.
Sammit noyabrın 18-19-da Çinin Şençjen şəhərində keçiriləcək.
Aysel Mətləb