Meksika kartelləri yeni yola əl atdı - ABŞ sərhədçiləri necə izlənir?

Meksika kartelləri yeni yola əl atdı - ABŞ sərhədçiləri necə izlənir?
16.11.2026 02:18 Dünya

Meksika kartelləri ABŞ ilə sərhəddə sərhəd xidmətinin əməkdaşlarını izləmək və qanunsuz miqrantlara müşayiət etmək üçün pilotsuz uçuş aparatlarından istifadə edir.

TodayPress TV xəbər verir ki, bu barədə “El Universal” nəşri ABŞ Sərhəd Xidmətinin San-Dieqo sektorunun nümayəndəsi Xerardo Qutyerresin açıqlamasına istinadən məlumat yayıb.

Onun sözlərinə görə, bu fəaliyyətlərdə “Sinaloa”, “Xalisko – Yeni Nəsil” kartelləri və “Arellano Feliks” qruplaşmasının dəstələri iştirak edir. Onlar dronlar vasitəsilə sərhədçilərin iş qrafikini, hərəkət istiqamətlərini, hətta istirahət vaxtlarını izləyərək sərhədi qanunsuz keçmək üçün əlverişli məqam axtarırlar.

Qutyerres bildirib ki, cinayətkar təşkilatlar və kartellər artıq vahid şəbəkə kimi fəaliyyət göstərirlər. Onun sözlərinə görə, dronlardan narkotik daşınmasından daha çox sərhəd xidməti əməkdaşlarını izləmək üçün istifadə olunur və bu, təhlükə yaradır.

Qeyd olunub ki, kartellər dronlar və telefon vasitəsilə miqrantlara hərəkət istiqamətlərini, sərhədi hansı nöqtədən keçməli olduqlarını və onları haradan götürəcəklərini bildirirlər.

Pilotsuz uçuş aparatlarının əsasən Tixuana şəhərindəki Nido-de-las-Aqilas və Las-Torres ərazilərindən havaya qaldırıldığı bildirilir.

Aysel Mətləb

XƏBƏR LENTİ
16 NOYABR 2026
Bütün Xəbərlər