Estoniya Rusiya ilə sərhədlərini bağlayır? - Bu tarixdən etibarən...
Estoniya 2026-cı il dekabrın əvvəlindən Rusiya ilə sərhəd-keçid məntəqələrini bağlamaq niyyəti barədə Finlandiya, Latviya və Litvanı məlumatlandırıb.
TodayPress TV xəbər verir ki, bu barədə Estoniyanın xarici işlər naziri Marqus Tsaxkna "X"da yazıb.
“Estoniya dekabrın 1-dən Rusiya-Estoniya sərhədindəki bütün sərhəd-keçid məntəqələrini bağlayacaq. Bu barədə Finlandiya, Latviya və Litvadakı həmkarlarımı məlumatlandırmışam”, – deyə o bildirib.
Daha əvvəl ölkənin daxili işlər naziri İqor Taro sərhədin bağlanması ilə bağlı qərarın gələn həftə hökumətin iclasında qəbul ediləcəyini, tədbirlərin müvəqqəti və ya daimi ola biləcəyini bildirmişdi.
Aysel Mətləb