Səudiyyənin neft nasos stansiyasına dron zərbəsi - Husilərdən İDDİA

Səudiyyənin neft nasos stansiyasına dron zərbəsi - Husilərdən İDDİA
15.11.2026 23:09 Dünya

Yəməndəki üsyançı “Ənsar Allah” hərəkatının husiləri Səudiyyə Ərəbistanının paytaxtı yaxınlığında yerləşən iki neft nasos stansiyasına pilotsuz uçuş aparatları ilə zərbələr endirib.

TodayPress TV xəbər verir ki, bu iddia ilə üsyançıların hərbi nümayəndəsi Yəhya Səriə çıxış edib.

“Silahlı qüvvələrimiz (husilərin silahlı birləşmələri nəzərdə tutulur - red.) iki pilotsuz uçuş aparatı vasitəsilə Ər-Riyad yaxınlığında yerləşən “Şərq-Qərb” boru kəmərinin 5 və 6 nömrəli neft nasos stansiyalarına hücum edib”, - deyə o vurğulayıb.

Səriənin iddiasına görə, əməliyyat qarşıya qoyulan məqsədlərə uğurla nail olub.

Aysel Mətləb

XƏBƏR LENTİ
16 NOYABR 2026
Bütün Xəbərlər