Rusiyaya bağlı olduğu iddia edilən gəmi saxlanıldı - Aralıq dənizində hərbi əməliyyat

Rusiyaya bağlı olduğu iddia edilən gəmi saxlanıldı - Aralıq dənizində hərbi əməliyyat
15.11.2026 20:43 Dünya

Rusiyaya bağlı olduğu iddia edilən tankerə Aralıq dənizində Avropa İttifaqının (Aİ) hərbi-dəniz əməliyyatları qüvvələrinin desantı çıxarılıb.

TodayPress TV xəbər verir ki, bu barədə Aİ-nin xarici siyasət və təhlükəsizlik məsələləri üzrə ali nümayəndəsi Kaya Kallas "X" sosial şəbəkəsində yazıb.

Onun sözlərinə görə, Avropa hərbçiləri "MV MIDAG" gəmisini saxlayıb və BMT-nin Dəniz Hüququ üzrə Konvensiyasının 110-cu maddəsinə uyğun olaraq yoxlayıblar. Yoxlama nəticəsində məlum olub ki, tanker saxta bayraq altında hərəkət edirmiş.

Əməliyyatın təfərrüatları və gəminin sonrakı taleyi açıqlanmayıb.

Aysel Mətləb

XƏBƏR LENTİ
16 NOYABR 2026
Bütün Xəbərlər