Praqada media ayağa qalxdı - 1989-cu ildən bəri ən böyük aksiya
Praqada ictimai medianın dövlət büdcəsindən maliyyələşdirilməsinə qarşı keçirilən mitinqdə 350-450 min nəfər iştirak edib.
TodayPress TV xəbər verir ki, bu barədə “iDNES” təşkilat komitəsinin sədri Mikulaş Minarjın açıqlamasına istinadən məlumat yayıb.
Onun sözlərinə görə, bu, 1989-cu ilin sonundan bəri Çexiyada keçirilən ən böyük aksiyadır. Polis mitinq iştirakçılarının sayı ilə bağlı öz qiymətləndirməsini açıqlamayıb.
Aksiya hökumətin Çexiya Televiziyası və Çexiya Radiosu üçün mövcud rüsumları ləğv edərək, onları dövlət büdcəsi hesabına maliyyələşdirməyi nəzərdə tutan qanun layihəsinə etiraz olaraq təşkil edilib.
Qanun layihəsinin tənqidçiləri hesab edirlər ki, medianın maliyyə baxımından dövlətdən asılı vəziyyətə düşməsi yayımlanan məlumatların obyektivliyinə təsir göstərə bilər.
Aysel Mətləb