Vaşinqton "Nvidia"nın sükanı arxasında kənar şəxsi görmək istəyir
ABŞ-nin texnologiya nəhəngi “Nvidia”nın yeni rəhbəri şirkətin əməkdaşlarından biri deyil, kənardan dəvət olunmuş şəxs olmalıdır.
TodayPress TV xəbər verir ki, bu fikri ABŞ-nin maliyyə naziri Skott Bessent bildirib.
“Onlara şirkətdən kənarda kimisə axtarmaq lazımdır. Şirkətdə baş verənləri nəzərə alsaq, onlara köklü dəyişiklik lazımdır”, – deyə o vurğulayıb.
Xatırladaq ki, “Nvidia”nın baş icraçı direktoru Censen Huang şirkət rəhbəri vəzifəsindən istefa verib, həmçinin direktorlar şurasından ayrılıb.
Aysel Mətləb