Yaxın 24 saatda Yaxın Şərqdə nə baş verəcək? - ABŞ regiondakı qüvvələrini artırır
ABŞ Hərbi Dəniz Qüvvələrinin nüvə enerjisi ilə işləyən “Theodore Roosevelt” aviadaşıyan gəmisi artıq noyabrın 16-da Yaxın Şərq regionuna gələcək.
TodayPress TV xəbər verir ki, bu barədə “The New York Times” (NYT) qəzeti mənbəyə istinadən məlumat yayıb.
Mənbənin məlumatına görə, “Theodore Roosevelt” yaxın 24 saat ərzində Yaxın Şərqdəki digər iki aviadaşıyan gəmiyə qoşulacaq.
ABŞ prezidenti Donald Tramp noyabrın 12-də bildirib ki, Vaşinqton Səudiyyə Ərəbistanı da daxil olmaqla, bir sıra Yaxın Şərq ölkələrinin xahişi ilə İranla münaqişədə daha sərt tədbirlər görməkdən çəkinir.
Aysel Mətləb