“Gəncə” yeni mövsümə meksikalı mütəxəssislə hazırlaşır
Meksikalı mütəxəssis İvan Luna "Gəncə" basketbol klubunun məşqçilər korpusuna cəlb olunub.
TodayPress TV xəbər verir ki, bu barədə klubun mətbuat xidmətindən bildirilib.
Mütəxəssislə yeni mövsümün sonunadək müqavilə imzalanıb. İ. Luna basketbolçuların fiziki və kondisiya hazırlığına nəzarət edəcək.
O, vətəni ilə yanaşı, Litvada da çalışıb.