Zelenski Trampa "yox" dedi: Kiyev müharibənin bədəlini ödəməyəcək
Ukrayna Prezidenti Volodimir Zelenski amerikalı həmkarı Donald Trampın ölkədəki münaqişənin nizamlanması ilə bağlı təklif etdiyi razılaşmanı rədd edib.
TodayPress TV xəbər verir ki, Zelenski bu barədə “Al Jazeera” telekanalına müsahibəsində bildirib.
“Ümid edirəm ki, o, bu müharibəni başa çatdırmaq üçün yol axtarmağa davam edəcək, lakin bunun əvəzini Kiyev ödəməli olacaq şəkildə yox. Çünki bu, düzgün deyil”, – deyə Ukrayna lideri deyib.
Zelenskinin fikrincə, Trampın təşəbbüsü “Ukraynanı müharibənin əvəzini ödəməyə məcbur edir”.
Aysel Mətləb