Erməni deputatlar konstitusiyaya qarşı birləşdi - Müxalifət ardıcıl "yox" deyir

Erməni deputatlar konstitusiyaya qarşı birləşdi - Müxalifət ardıcıl "yox" deyir
29.11.2026 23:34 Dünya

“Güclü Ermənistan” müxalifət fraksiyasının deputatları Baş nazir Nikol Paşinyanın hökuməti tərəfindən təqdim edilmiş ölkənin yeni konstitusiya layihəsinə qarşı sosial şəbəkədə fleşmob başladıb.

TodayPress TV xəbər verir ki, bu barədə ölkə deputatı Hasmik Yengoyan “Facebook” səhifəsində yazıb.

“Hörmətli həmvətənlər, prinsiplərimə, əqidəmə və mənə verilmiş mandatına sadiq qalaraq, deputat kimi konstitusiya layihəsinin referenduma çıxarılması məsələsinə heç bir halda “lehinə” səs verməyəcəyimi açıq şəkildə bəyan etmək istəyirəm”, – deyə o bildirib.

Fraksiyanın digər deputatları da öz səhifələrində analoji paylaşımlar edərək, yeni konstitusiya layihəsinin referenduma çıxarılmasının lehinə heç bir halda səs verməyəcəklərinə söz veriblər.

Xatırladaq ki, noyabrın 23-də Ermənistan hakimiyyəti ölkənin yeni konstitusiya layihəsini açıqlayıb.

Aysel Mətləb

XƏBƏR LENTİ
30 NOYABR 2026
Bütün Xəbərlər