Nvidia çipləri Çinə satacaq? Ağ Evdən XƏBƏRDARLIQ
"Nvidia" şirkətinin ən yeni çiplərindən bəzilərinin Çinə çatması barədə məlumat təsdiqlənərsə, ABŞ qabaqcıl yarımkeçiricilərin ixracına tətbiq olunan məhdudiyyətləri sərtləşdirə bilər.
TodayPress TV xəbər verir ki, bu barədə Ağ Evin Milli İqtisadi Şurasının direktoru Kevin Hassett “CNN” telekanalına müsahibəsində danışıb.
Onun sözlərinə görə, yüksək məhsuldarlıqlı çiplərin birbaşa və ya məlumat mərkəzləri vasitəsilə Çinə çatdığı müəyyən edilərsə, Vaşinqton onların ixracına nəzarəti gücləndirməlidir.
Bu açıqlama Nvidia şirkətinin rəhbəri Censen Huang ətrafında yaranan qalmaqal fonunda səslənib. Daha əvvəl ABŞ Milli Kəşfiyyatının direktoru Cey Kleyton Çinin Amerika şirkətinin məhsullarına çıxış əldə etmiş ola biləcəyini istisna etməyib.
Aysel Mətləb